Radikal "Taliban" hərəkatının yaraqlıları Əfqanıstanın Saripul əyalətinin Bəlxab mahalından Məzari-Şərif şəhərinə gedən 25 nəfəri qaçırıb.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Bəlx vilayətinin qubernatorunun nümayəndəsi məlumat verib.
Qaçırılanların hazırda harada olduğu hələlik bilinmir.