Myanmanın Arakan ştatında son bir ay ərzində məcburi şəkildə qaldıqları düşərgələrdən qaçmağa çalışan 300-dək rohinca müsəlmanı saxlanılaraq geri qaytarılıb.
Noyabrın 25-də Arakan ştatının Sitve şəhərindən qaçmaq istəyən 93 rohincalının olduğu kater saxlanılmışdı. Yerli polisdən verilən məlumata görə, onlar arasında 33qadın və 16 nəfər 15 yaşadək uşaq olub.
Bundan əvvəl hərbi gəmilər tərəfindən göyərtəsində 106 və 60 nəfər rohincalı olan daha iki kater saxlanılmışdı.
Qeyd edək ki, ötən əsrin 70-ci illərindən etibarən təzyiqlərə və etnik təmizləməyə məruz qalan Myanmanın rohinca əhalisinin 80 faizi, yəni 2 milyonadək sakini qonşu ölkələrdə sığınacaq tapıb.