Hesab edirik ki, bu Qara Siyahılar həm aidiyyatı yerli və beynəlxalq qurumlar üçün, həm də ictimaiyyət üçün maraqlı və önəmli bir sənəd olacaq. Biz əli- qolu bağlı, günahsız, dinc insanlara işgəncə verən vəzifəli şəxslərin kimliyini müəyyənləşdirib adlarını açıqlamaqla onlara ailələrindən tutmuş cəmiyyətin müxtəlif təbəqələrinə qədər geniş ictimai qınaq yaratmağa çalışacayıq. Qoy belə şəxsləri hamı tanısın, qınasın və bəd əməllərini pisləsinlər.
Düşünürəm ki, belə siyahıların hazırlanmasında bizim daxili araşdırmalarımızla yanaşı, ictimaiyyət nümayəndələrinin fikir və təkliflərini də dinləmək yaxşı olardı. O baxımdan siyasi məhbuslara işgəncə verən vəzifəli şəxslərdən kimlərin adlarının Hesabatdakı Qara Siyahıya salınmasını istərsinizsə təkliflərinizi verməyiniz çox yaxşı olardı. Bu, həm də bir kiçik ictimai müzakirə olardı...
Qoy, həbsdə olan məhbuslara işgəncə verən şəxsləri hamı tanısın, qınasın və aidiyyatı qurumlardan da tələb edək ki, onlar haqqında lazımi ölçü götürülsün!