Səudiyyə Ərəbistanı hökuməti öldürüən müxalif jurnalist Camal Qaşıqçının ailəsinə qanpulu ödəyəcək.
Bu barədə “Əl Cəzirə” kanalı məlumat yayıb.
Məlumatda bildirilib ki, Qaşıqçının ölüm əmrini yüksək rütbəli səudiyyəli şəxs verib.
Bundan əlavə, ABŞ və Türkiyə prezidentlərinin görüşündə də Qaşıqçı olayı ilə bağlı müzakirə aparılacağı vurğulanıb.
C.Qaşıqçı oktyabrın 2-də Səudiyyənin İstanbul konsulluğunda amansızlıqla öldürülüb.