Noyabrın 28-də axşam Makedoniyanın paytaxtı Skopyedə minlərlə etirazçı ölkənin adının dəyişdirilməsinə dair Yunanıstanla sazişə etiraza çıxıb.
Nümayişçilərə millətçi VMRO-DPMNE partiyası rəhbərlik edib. Bu partiya ötən il hakimiyyətdən uzaqlaşdırılıb, son aylar mövqeyi zəifləyib.
Partiya Makedoniyanın baş naziri Zoran Zaev-in Yunanıstanla əldə olunmuş sazişi hələlik, önləyə bilməyib. AB-pərəst sosial demokrat olan Zaev-in bu il Yunanıstanla əldə etdiyi saziş ölkənin adının Şimali Makedoniya qoyulmasını nəzərdə tutur.
Bu dəyişiklik parlamentdə təsdiqlənərsə, Afina Skopyenin NATO və Avropa Birliyinə üzvlük cəhdlərinə qoyduğu vetonu qaldırmağı vəd edib.
Yunanıstanın şimalında eyniadlı vilayət olduğundan Afina indiyədək Makedoniya adıyla onun ərazisinə iddia olunduğunu bildirib.