ABŞ məhkəməsi prezident Donald Trampın qeyri-qanuni miqrantlarla bağlı fərmanının icrasını dayandırıb.
Reuters-in xəbərinə görə, qeyri-qanuni miqrantlara siyasi sığınacaq verilməsini məhdudlaşdıran fərmanın icrası müvəqqəti olaraq dayandırılıb.
Bildirilir ki, noyabrın 9-da elan edilmiş qərarı San-Fransiskonun dairə hakimi qəbul edib.
Hazırda fərmanın icrasının hansı müddətə dayandırıldığı bəlli deyil.