İnterpolun yeni rəhbəri cənubi koreyalı oldu

İnterpolun yeni rəhbəri cənubi koreyalı oldu
21 Noyabr 2018
Mətni dəyiş

Noabrın 21-də İnterpol beynəlxalq polis təşkilatı özünə yeni sədr seçib.

Keçirilən səsvermədə Cənubi Koreyadan olan general Kim Jong-yang iki il müddətinə beynəlxalq polis agentliyinin rəhbəri seçilib. Bu haqda Interpolun rəsmi Twitter səhifəsində məlumat yayılıb.

Kremlin tənqidçiləri rusiyalı polis generalı Aleksandr Prokopchuk-un quruma rəhbər seçilə biləcəyindən narahat idilər. O, hazırda Interpol-un vitse-prezidentidir.

Opponentlər rusiyalının bu quruma seçilmə ehtimalını Moskvanın uzun illər agentlik vasitəsilə siyasi düşmənlərini təqib etməsinə görə təhlükəli sayırdılar.

Ancaq ekspertlər Interpol prezidentinin qurumun gündəlik əməliyyatlarına təsir göstərmək səlahiyyətinin məhdud olduğunu deyirlər.

Rusiyanın bu nəticəni tənqid edəcəyi gözlənir, daha öncə rusiyalının prezident seçilməsinə qarşı çıxan ABŞ senatorlarını prosesə müdaxilə cəhdində suçlamışdı.

Interpol-un keçmiş prezidenti, Çinin dövlət təhlükəsizlik üzrə vitse-naziri olmuş Meng Hongwei sentyabrda Çində itkin düşüb, sonradan onun saxlandığı bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun