İndoneziyada 110-dan çox məhbus həbsxanadan qaçıb

İndoneziyada 110-dan çox məhbus həbsxanadan qaçıb
30 Noyabr 2018
Mətni dəyiş

İndoneziyanın Sumatra adasındakı Açex vilayətində azı 113 məhkum həbsxanadan qaçıb.

Bu barədə "RİA Novosti"in məlumat yayıb.

Ölkənin Ədliyyə və İnsan Hüquqları Nazirliyinin nümayəndəsi bildirib ki, dünən baş verən hadisə zamanı məhbuslar pəncərələrdəki barmaqlıqları qırmağa müvəffəq olublar.

Hüquq-mühafizə orqanları artıq məhbusu saxlayıb. Qalanların axtarışı davam etdirilir.

Məhbusların həbsxanada baş verən iğtişaşdan sonra qaçdığı bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun