Realliq.info saytının həbsdə olan redaktoru İkram Rəhimov-un girov əvəzində buraxılmasının istəndiyi vəsatətə baxılacağı məhkəmənin vaxtı bəlli olub.
Onun vəkillərinin müvafiq vəsatəti, artıq,Səbail Rayon Məhkəməsində icraata verilib.
İ.Rəhimovun ailə üzvləri AzadlıqRadiosuna bildiriblər ki, məhkəmə noyabrın 26-da keçiriləcək. Vəsatətə hakim Şahin Abdullayevin sədrlik etdiyi məhkəmə heyətinin baxacağı gözlənir.
İkram Rəhimov vəkilləri məhkəməyə göndərdikləri vəsatətdə onun barəsindəki həbs qərarının ev dustaqlığına dəyişdirilməsini xahiş ediblər. Məhkəmədən onun 11 min manat girov əvəzində azadlığa buraxılması istənilib.