Gürcüstanda 200-dən çox seçki məntəqəsi Azərbaycan dilində seçki bülletenləri ilə təmin olunacaq

Gürcüstanda 200-dən çox seçki məntəqəsi Azərbaycan dilində seçki bülletenləri ilə təmin olunacaq
22 Noyabr 2018
Mətni dəyiş

 Noyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkilərinin ikinci turu üçün seçki bülletenlərinin çapına start verilib.

Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

3705 seçki məntəqəsi üçün çap olunacaq seçki bülletenlərinin ümumi sayı 3 278 450 təşkil edəcək.

Seçki bülletenləri etnik azlıqların dillərində da çap olunacaq. 209 seçki məntəqəsi gürcü-Azərbaycan, 133 seçki məntəqəsi gürcü-erməni, 4 seçki məntəqəsi isə gürcü-Azərbaycan-erməni dillərində seçki bülletenləri ilə təmin olunacaq.

Gürcüstanda seçicilərin vahid siyahısında 3 528 658 seçici qeydiyyata alınıb.

Qeyd edək ki, prezident kürsüsü uğrunda iki namizəd – hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun