Ermənistanda amnistiya elan olundu - 6500 nəfər

Ermənistanda amnistiya elan olundu - 6500 nəfər
1 Noyabr 2018
Mətni dəyiş

Ermənistan parlamenti oktyabrın 31-də amnistiya aktı qəbul edib. İlk oxunuşdan keçən amnistiya aktı 3 ilədək azadlıqdan məhrumetmə cəzası almış şəxsləri həbsdən buraxmağı nəzərdə tutur.

Amnistiya 6 ilədək iş almış I və II qrup əlillərə, hamilə qadınlara, 3 yaşadək azı üç övladı olan şəxslərə də şamil olunur.

60 yaşdan yuxarı şəxslər, 18 yaşına çatmamış ilk dəfə cinayət törədənlər də amnistiyaya düşür.

Məlumata əsasən, ümumən 6500 nəfərə şamil olunan amnistiya aktı 666 məhkumu, istintaq altında olan 1096 şəxsi əhatə edəcək.

Ağır cinayətlər (o cümlədən adam oğurluğu, jurnalistin peşə fəaliyyətinə əngəl, dövlətə xəyanət, terrorçuluq cinayətləri) törətmiş şəxslər amnistiyadan kənar qalır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun