Jurnalist və yazıçı Türki ibn Əbdül Əziz əl-Casser Səudiyyə Ərəbistanda işgəncə ilə öldürülüb.
Bununla bağlı “New Khaleej” hüquq-mühafizə orqanlarına istinadla məlumat verib.
Bildirilib ki, jurnalist Camal Kaşıkçının qətlindən bir ay sonra həbsxanada qətlə yetirilib.
Əl-Casser 2017-ci ilin martında “Twitter” hesabındakı paylaşımına görə həbs olunub. O, paylaşımında kral ailəsinin üzvləri tərəfindən insan haqlarının pozulmasını tənqid etmişdi. O, səudiyyəli casuslar tərəfindən “Twitter”in Dubaydakı ofisində yaxalanmışdı.