“Camal Qaşıqçı öldürülən zaman qeydə alınan səs yazıları dəhşətlidir”

“Camal Qaşıqçı öldürülən zaman qeydə alınan səs yazıları dəhşətlidir”
13 Noyabr 2018
Mətni dəyiş

"Camal Qaşıqçının öldürülməsi cinayəti ilə bağlı məsələni ABŞ Prezidenti Donald Trampla müzakirə edən zaman, ora Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makronu da dəvət etdik".

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransaya səfərdən geri dönərkən, təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, I Dünya müharibəsinin başa çatmasının 100 illiyi ilə bağlı Parisdə keçirilən konfransın şam yeməyi zamanı səudiyyəli müxalif jurnalist, "Vaşinqton post" qəzetinin əməkdaşı C.Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilməsi məsələsini müzakirə ediblər: "Donald Tramp, Angela Merkel və Emmanuel Makrona hadisə ilə bağlı mövqeyimizi açıqladım. “Vaşinqton post”da yayımlanan yazımda ortaya qoyduğum mətləbləri izah etdim. Bu cinayətin əvvəlcədən planlaşdırıldığını, əmrin Səudiyyə Ərəbistanı krallığının yüksək vəzifəliləri tərəfindən verildiyini bildirdim. Məqaləmdə kral Salman barəsində əsla belə düşünməyimin mümkünsüz olduğunu vurğulamışdım. Bununla belə qətllə bağlı əmri verənin kimliyinin bilinməsini istəyirik. Cənab Trampa qatillərin başqa yerdə olmadığını da söylədim. Bildirdim ki, qatillər tutulan 18 nəfərdən biridir. Onlara bildirdim ki, Camal Qaşıqçı Baş Konsulluğun qarşısında gözləyən nişanlısını götürmədən o qapıdan deyil, başqa qapıdan necə çıxıb gedə bilər?! Bu cinayətlə bağlı bütün hadisələr, baş verənlər açıq-aşkar ortadadır. Bunlar qəti olaraq belədir.

Belə görüşlərdə siyasətçilər ediləcəklərin, edəcəklərinin cavabını həmən verməzlər. Onlar lazım olan dəyərləndirmənin ardından uyğun addımlar atarlar. Cənab Tramp, Makron və Merkelin davranışlarından bu cinayətdən çox narahat olduqlarını hiss etdim. ABŞ Konqresi bu məsələ ilə bağlı Mərkəzi Kəşfiyyat İdarəsindən məlumat istəyib. Bu məlumatlandırma həyata keçirildikdən sonra cinayətə baxışın dəyişəcəyini düşünürəm".

O, ABŞ, Britaniya, Kanada, Almaniya və Fransa liderlərinin C.Qaşıqçı öldürülən zaman qeydə alınan səs yazılarını dinlədiklərini vurğulayıb: "Bu cinayətlə bağlı səs yazılarını bizdən istəyənlərin hamsına dinlətdik. Kəşfiyyat təşkilatımız heç nəyi gizlətmədi. Səudiyyə Ərəbistanı da daxil olmaqla, ABŞ, Fransa, Kanada, Almaniya, İngiltərə - kim istədi hamısına biz bunu dinlətdik. Həmin səs yazısı doğurdan bir fəlakətdir. Hətta Səudiyyə kəşfiyyatçıları bu səs yazısını dinlədikdə şoka düşəcək qədər heyrətləndilər və dedilər ki, "hərhalda bu heroin qəbul edib. Bunu ancaq heroin qəbul edən biri edə bilər”.

Qeyd edək ki, “Vaşinqton post” qəzenin əməkdaşı Camal Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.

C.Qaşıqçını öldürmək üçün Türkiyəyə gələn 18 nəfərdən biri qısa müddətdən sonra telefon danışğında Səudiyyə Ərəbistanının vəliəhdi şahzadəsi Məhəmməd bin-Salmanı nəzərdə tutaraq deyib: “Patronunza söyləyin, adamlar işlərinin bitirdi”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun