BMT agentlikləri xəbərdarlıq edirlər ki, Yəməndə yüz minlərlə uşaq aclıqdan ölə bilər.
İllərlə davam edən münaqişə Yəməndə insanların, ələlxüsus uşaqların rifahına mənfi təsir göstərib.
BMT Yəməndə baş verənləri dünyanın “ən ağır humanitar və təhlükəsizlik böhranı” adlandırıb.
Agentlik xəbərdar edir ki, 14 milyon adam, ölkə əhalisinin yarısı aclıq həddindədir, və bu aclığın başlıca qurbanları uşaqlardır.
Hələ müharibədən öncə də Yəmən dünyanın ən yoxsul ölkələrindən biri sayılırdı.
2015-ci ildə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Huti üsyançılara qarşı savaşa başlaması nəticəsində vəziyyət qat-qat pisləşib.