Almaniyanın Hessen federal torpağı Konstitusiyadan ölüm hökmü cəzasını çıxaran qanun qəbul edib.
Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.
Beləliklə, ölüm cəzası bütün Almaniya ərazisində tamamilə qadağan edilib.
Qeyd edək ki, ölüm hökmü cəzasının 1949-cu ildə Almaniya Federativ Respublikasının Konstitusiyasından çıxarılmasına baxmayaraq, bu regionun qanunlarında qalırdı.
Bu gün Avropa İttifaqının heç bir ölkəsində ölüm cəzası tətbiq edilmir.