Rusiya Kerç boğazını mülki gəmilər üçün bağlayıb

Rusiya Kerç boğazını mülki gəmilər üçün bağlayıb
26 Noyabr 2018
Mətni dəyiş

Rusiya Qara və Azov dənizlərini birləşdirən Kerç boğazını mülki gəmilər üçün bağlayıb.

Rusiya bundan əvvəl Ukraynanın 3 hərbi gəmisinin,Kerc körpüsü istiqamətində Rusiya ərazisinə daxil olduğunu bəyan eləmişdi.

Ukrayna hərbi dəniz donanmasının komandanlığı isə öz növbəsində Rusiyanı Qara dənizdə Ukraynanın hərbi gəmilərinə qarşı təcavüzkar hərəkətdə günahlandırmışdı.

Ukrayna hərbçilərinin sözlərinə görə, Rusiya sərhəd xidmətinin “Don”gəmisi noyabrın 25-də özünü Odessadan Mariupol limanına gedən Ukraynanın qoşqulu gəmisinə çırpıb.

Amma xəsarət alanlar barədə məlumat verilmir.

Ukraynanın müdafiə nazirliyi Rusiyanın bu addımının, dəniz qaydaları ilə bağlı BMT-nin beynəlxalq konvensiyasına zidd olduğunu bəyan edib.

RİA Novosti isə Rusiya rəsmilərinə istinadla xəbər verir ki, Kerç boğazında mülki gəmilərin hərəkəti təhlükəsizlik baxımından dayandırılıb.

Rusiya tərəfi isə əksinə Ukrayna gəmilərini Rusiya ərazisinə daxil olaraq təhlükəli manevr etməkdə və Rusiya hakimiyyətinin tələblərinə tabe olmamaqda günahlandırır.

Ukrayna bundan əvvəl dəfələrlə Rusiyanı, Qara və Azov dənizlərində gəmilərin sərbəst hərəkətini əngəlləməklə beynəlxalq normaları pozmaqda ittiham edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun