Radikal "Taliban" qruplaşmasının silahlıları Əfqanıstanda təhlükəsizlik qüvvələrinin maşın karvanına hücum edib, nəticədə azı 22 polis məmuru ölüb.
"RİA-Novosti" xəbər verir ki, bu barədə Əfqanıstanın "Pajvak" agentliyi məlumat yayıb.
Hadisə Əfqanıstanın qərbindəki Fərah vilayətində baş verib.
Həmçinin daha 5 polisin yaralandığı bildirilir.