Müsavat Gənclər təşkilatının sədri Əbülfəz Sadıqbəylinin həbsi ilə bağlı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində noyabrın 26-da saat 12:30-da baxılacaq. .
Bu barədə Ə.Sadıqbəylinin vəkili Osman Kazımov məlumat yayıb.
“Onun barəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə qərarını oxudum heç nə başa düşmədim. Hörmətli nazirimiz Elmar Məmmədyarovun nitqinə oxşayır.”, -Osman Kazımov əlavə edib.
Qeyd edək ki, noyabrın 21-də Səbail Rayon Məhkəməsi Əbülfəz Sadıqbəylinin barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Məhkəmə bunu müxalifət fəalının bir neçə il əvvəl “Nikoyl” bankdan avtomobil almaq üçün götürdüyü kreditlə əlaqələndirib.
Əbülfəz Sadıqbəyliyə qarşı CM-in 178 və 320-ci maddələrilə ittiham irəli sürülüb. Müsavat Partiyası Sadıqbəylinin banka borcunu çoxdan ödədiyini, onun siyasi fəaliyyətinə görə əsassız ittihamla həbs edildiyini bildirib.