Suriyanın şimalında “Fərat qalxanı” bölgəsində müxaliflərin nəzarətindəki Mare bölgəsində PKK/YPG terrorçuları ilə Azad Suriya Ordusu üzvləri arasında şiddətli atışma baş verib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Qarşıdurma nəticəsində 3 ASO üzvü həlak olub, daha 5 nəfəri yaralanıb.
Yaralılar Maredəki xəstəxanaya yerləşdirilib.