"Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin Turki əl-Maliki vilayətinə endirdiyi hava zərbəsi nəticəsində "Ənsar Allah" qruplaşmasının 150 üzvünün zərərsizləşdirildiyini bildirib". - Bu barədə koalisiyanın sözçüsü məlumat yayıb.
Onun sözlərinə görə, üsyançıları məhv edən raket zərbəsi qruplaşmanın təlim-məşq bazasına endirilib.
Yəmən prezidentini dəstəkləyən ərəb koalisiyası artıq bir neçə aydır Hodeydəni husilərdən geri almağa çalışır. Burada üsyançıların strateji cəhətdən zəruri olan limanı var. Lakin hökumətyönlü qoşunlar şəhərə nəzarəti ələ ala bilmir.