Rusiyanın Çeçenistan respublikasında həbsdə olan insan haqları fəalı Oyub TitievVaclav Havel İnsan Haqları Mükafatına layiq görülüb. O, narkotik saxlama ittihamıyla həbs olunub.
Oktyabrın 8-də Avropa Şurası Parlament Assambleyası mükafatın qalibini açıqlayıb.
Titiev Rusiyanın Memorial insan haqları qrupunun Çeçenistan filialının rəhbəri idi. Onun sələfi Natalya Estemirova 2009-cu ildə öldürülüb. Titiev yanvarda Çeçenistanda həbs olunub.
“Biz Titiev və həmkarlarının üzləşdiyi çətinliklərdən tam xəbərdarıq”, – AŞPA-nın prezidenti Liliane Maury Pasquier deyib.
“Bu mükafat onun və Memorial-ın gördüyü işə görə verilir. Bu həm də regionda hüququn aliliyi və insan haqları prinsiplərinin oturuşmasından ötrü çalışanlara bir mesajdır”, – prezident vurğulayıb.