Ermənistanın keçmiş prezidenti Robert Köçəryan siyasi partiya yaradır və müxalifətə rəhbərlik etmək istəyir. O, RİA Novosti-yə müsahibəsində deyib ki, partiyanın adı ilə bağlı məsələ hələlik həll olunmayıb.
R.Köçəryan siyasətə qayıtmasının səbəbini müxalifət düşərgəsindəki boşluq ilə izah edib və bunu doldurmaq niyyətində olduğunu deyib.
Eyni zamanda deyib ki, hər hansı yüksək vəzifə tutmağa iddialı deyil.
"Vəziyyət elə inkişaf edir ki, durum məni prosesə doğru çəkir və bioqrafiya, xarakter və həyat mövqeyinə görə kənarda qala bilmirsən", - o deyib.
Eyni zamanda R.Köçəryan bildirib ki, qarşıdakı növbədənkənar parlament seçkilərində iştirak etməyəcək, çünki buna "vaxtı yoxdur".
"Mən partiyanı sıfırdan yaratmalıyam və seçkilərə yeni, yenilənmiş komanda ilə getmək istərdim", - o vurğulayıb.