Niderland Kimyəvi Silahların Qadağan Olunması Təşkilatına (OPCW) haker hücumunda əli olan 4 Rusiya vətəndaşını ölkədən çıxarıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Ank Beyleveld məlumat verib.
Onun sözlərinə görə, Niderlandın kəşfiyyat xidməti OPCW-yə qarşı Rusiya tərəfdən olan haker hücumunun qarşısını aldığını iddia edir.