Britaniya rusiyalı diplomatlara viza verməkdən imtina edir.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenko deyib.
“Hələlik Britaniya hökuməti tərəfindən qeyri-konstruktiv mövqe görürük. Bu mövqe üzündən səfirliyimizin fəaliyyəti çətinləşib”, - deyə o vurğulayıb.
Diplomat bildirib ki, hazırda səfirlikdə 10-dək əməkdaş qalıb. O hesab edir ki, bu cür durumun yaranması Britaniya hökumətinin məqsədyönlü siyasətinin nəticəsidir.
Qeyd edək ki, mart ayında Britaniya hökumətinin tələbi ilə rusiyalı diplomatların bir hissəsi ölkədən çıxarılıb.