Krımda kollecə silahlı hücum olub

Krımda kollecə silahlı hücum olub
17 Oktyabr 2018
Mətni dəyiş

Rəsmilərin bildirdiyinə görə, bu gün Qara dənizin Krım regionundakı kollecə silahlı hücum olub. 18 nəfəri qətlə yetirildiyi, çoxu yeniyetmə olmaqla, 50-dən çox insanın yaralandığı xəbər verilib.

Kollecin direktoru silahlıların əvvəlcə kafeteriyaya girərək, bomba atdıqlarını və bundan sonra binada qarşılarına çıxan hər kəsi güllə atəşinə tutduqlarını deyib.

Hüquq-mühafizə orqanlarının rəsmiləri hadisəni terror hücumu kimi qiymətləndirib. Hadisə yerindən edilən çəkilişlərdə zirehli maşınların və silahlı hərbi dəstələrin Krım regionundakı Kerç şəhərinə yaxınlaşdıqlarını görmək olub.

Rəsmilər yerli sakinlərə təhlükəsizlik tədbiri olaraq, uşaqlarını məktəb və bağçalardan götürmələrini tövsiyə edib.

Kollecin direktoru Olqa Qrebennikova mətbuat orqanlarına vetdiyi şərh zamanı şagirdlərin cəsədlərinin məktəb boyu hər yerdə olduğunu deyib.

Hüquq-mühafizə orqanı olan "İstintaq Komitəsi" kollec kafeteryasında partlayıcı qurğu aşkar edildiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun