Kerçdəki Politexnik Kollecində baş verən atışmada ölənlərin sayı 20-yə çatıb.
Axar.az xəbər verir ki, bu barədə Krım hökumətinin saytında məlumat yayılıb.
“Kollecdə ölənlərin adları açıqlanıb. Məlumat oktyabrın 18-i saat 4:00-da təqdim olunub. Ölənlərin sayı 20 nəfərə çatıb”, - məlumatda bildirilib.
Rəsmi məlumatda 50-dən çox yaralı olduğu bildirilib. Yaralılardan 10-nun vəziyyəöti ağırdır və onların Moskvaya aparılmasına hazırlıq görülür.