Jurnalist və həyat yoldaşı kafedə güllələndi

Jurnalist və həyat yoldaşı kafedə güllələndi
4 Oktyabr 2018
Mətni dəyiş

Meksikada nəşr olunan “Enfoque” nəşrinin sahibi Sergio Martinez Qonzales güllələnib.

Axar.az xəbər verir ki, bu barədə “Ekselior” nəşri məlumat yayıb.

Jurnalistin həyat yoldaşı ilə birgə Çyapa ştatının Tustla-Çiko şəhərində yerləşən kafelərdən birində güllələndiyi bildirilib.

Olayda ağır yaralanan həyat yoldaşı hospitala çatdırılıb.

S.Martinez naməlum şəxslər tərəfindən onun ünvanına hədələr gəlməsi ilə bağlı sosial şəbəkələrdə bir neçə dəfə məlumat paylaşmışdı.

Qeyd edək ki, Meksikada jurnalist cinayətləri adi hal alıb.

Narkobiznes, insan qaçaqmalçılığı və s. qanunsuz əməllər barədə araşdırmalar edən jurnalistlər mafioz qrupların hədəfinə çevrilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun