İstanbulda bir qrup journalist və Qeyri Hökumət Təşkilatının üzvləri Səudiyyə Ərəbistanının konsulluğu qarşısında jurnalist Jamal Khashoggi-nin yoxa çıxmasına etiraz olaraq aksiya keçiriblər.
Khashoggi-nin nişanlısı və dostları deyirlər ki, o, oktyabrın 2-də sənəd almaq üçün konsulluğun binasına girdikdən sonra geri dönməyib.
Dostları onun konsulluğun binasında öldürüldüyünü iddia edirlər.
Adı çəkilməyən Türkiyə rəsmisi də Reutersə deyib ki, jurnalisti çox gümün ki, konsulluğun binasında öldürüblər.
Türkiyə prezidenti Racep Tayyip Erdogan deyib ki, məsələni şəxsi nəzarətinə götürüb və istintaqın nəticəsini gözləyirlər.
Səudiyyə səfirliyi jurnalistin öldürülməsi ilə bağlı ittihamı rədd edir. Türkiyənin xarici işlər nazirliyi Səudiyyə Ərəbistanının səfirini çağıraraq məsələyə aydınlıq gətirilməsini istəyib.
Keçmiş qəzet redaktoru olan Khashoggi hələ ötən il demişdi ki, Səudiyyə Ərəbistanının Yəmən siyasəti və fərli düşünnənləri boğmasını tənqid etdiyinə görə ondan qisas ala bilərlər.
Qeyd edək ki, oktyabrın 6-da Bolqarıstanın Ruse şəhərində araşdırmaçı journalist və regional televiziya kanalının aparıcısı Viktoriya Marinova da amansızcasına öldürülüb.
30 yaşlı jurnalistin meyiti parkdan tapılıb.Polis ölümündən əvvəl ona işgəncə verildiyini və zorlandığını deyir.
Faktla bağlı araşdırma gedir.
Marinova bu il Avropa Birliyi ərazisində öldürülən 2-ci jurnalistdir.
Bu ilin yayında Slovakiyada da araşdırmaçı journalist Yan Kutsiak sevgilisi ilə birlikdə öz evində qətlə yetirilib.
Polisin məlumatına görə qətli törədən buna görə 70 min avro alıb.
Kutsiak İtaliya mafiyasının Bratislava ilə əlaqələrini araşdırırmış.