İŞİD 130 suriyalı ailəni girov götürüb

İŞİD 130 suriyalı ailəni girov götürüb
14 Oktyabr 2018
Mətni dəyiş

ŞİD terror təşkilatının üzvləri şənbə günü Fərat çayının şərq sahilindəki Əl-Bəhra qaçqın düşərgəsinə hücum zamanı 130 ailənin üzvlərini girov götürüblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Demokratik Suriya qüvvələri" silahlı koalisiyasının nümayəndəsi Şuvan əl-Haburiyə istinadən "Al Hadath" telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, onlar hücumu dəf ediblər və digər qaçqınları qoruya biliblər.

Əl-Bəhra düşərgəsi Hacin şəhərinin ətrafında yerləşir.

Bir neçə gün əvvəl Suriyada İŞİD terror təşkilatının yaraqlıları "Ən-Nüsra" terrorçularına hücum edərək iki xlor balonunu ələ keçiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun