Iraqın Kürd bölgəsində parlament seçkiləri keçirilir

Iraqın Kürd bölgəsində parlament seçkiləri keçirilir
1 Oktyabr 2018
Mətni dəyiş
İraq Kürd bölgəsində uzun zamandır gecikdirilən parlament seçkiləri keçirilir. Seçkilər bir il əvvəl müstəqillik səsverməsindən sonra Bağdadın qəzəbi kürd liderləri arasında ciddi parçalanmaya yol açdığı vaxt baş tutub. 700-dən artıq namizəd 111 yerli parlament uğrunda yarışlara qatılıb. Kürdlər arasında 3.5 milyon insan səsvermə hüququna malikdir. 11 yer dini və etnik azlıqlar üçün ayrılıb. 5 yer xristianlar, 5 yer türkmənlər, 1 yer isə erməni icmasının nümayəndələri üçün nəzərdə tutulub. Nəticələrin nə zaman elan ediləcəyi bəlli deyil. Bölgədə son parlament seçkiləri 2013-cə ildə keçirilmişdi. Lakin 2015-ci ildə daxili gərginliklər və İŞİD-ə qarşı müharibə məclisin işini dayandırmışdı. Siyasi qarşıdurma noyabr ayı üçün nəzərdə tutulan parlament seçkilərinin gecikdirilməsinə səbəb olmuşdu. Məsud Barzaninin Kürdütan Demokrat Partiyası və rəqib Kürdüstan Vətənpərvərlər Birliyini arasında mübarizə gedir. Hər iki partiyanın seçkilərdə daha çox səs əldə edəcəyi gözlənilir. İraq kürdlərinin regional hökuməti 1992-ci ildə təsis edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun