İran yaxın vaxtlarda yerli istehsalı olan 3 peyki orbitə çıxarmağı planlaşdırır.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, bu barədə İran Kosmik Agentliyinin rəhbəri Murtuza Bərari məlumat verib.
Onun sözlərinə görə, “Pəyam-e Kəbir Əmir”, “Dosti”, “Nahid” adlı üç peyk orbitə buraxılmağa hazır vəziyyətdədir: "Peyklərin 2019-cu il martın 20-dək orbitə çıxarılacağına ümidvaram".