26 Oktyabr 2018
Mətni dəyiş
Oktyabın 23-də Şəmkirdə saxlanılaraq Bakıya gətirilən gənc yazar Ceyhun Nəbi sərbəst buraxılıb.
Ceyhun Nəbi Abzas.net-ə deyib ki, Şəmkir rayon polisi idarəsi tərəfindən saxlanılıb: "Sonra isə DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldım. Məni sosial şəbəkələrdəki yazdığım şərhlərlə bağlı sorğu-sual etdilər. Fiziki təzyiq olmadı və gözlənilmədən də sərbəst buraxdılar".
Ceyhun Nəbi ona heç bir ittihamın elan edilmədiyini də deyib.
Gənc fəal Ceyhun Nəbi cümhuriyyət dövrünün araşdırıcısıdır, bu tarixdən bəhs edən “Sovetlərlə üz-üzə” kitabının müəllifidir. "Cümhuriyyət Siyasi Düşüncə" Mərkəzinin rəhbəridir.