17 Oktyabr 2018
Mətni dəyiş
Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verib. Baş nazir bu barədə oktyabrın 16-da Ermənistan İctimai Televiziyasının canlı efirində bildirib.
Beləliklə, Ermənistan Milli Məclisi qarşıdan gələn iki həftədə yeni baş naziri iki cəhddə seçə bilməsə, parlament avtomatik olaraq buraxılır və bunun ardınca dekabr ayında parlamentə yeni seçki keçirilir.
Xatırladaq ki, Ermənistan parlamentindəki fraksiyalar baş nazir vəzifəsinə namizəd irəli sürməyəcəklərini vəd ediblər.