Binədə qatarın avtobusla toqquşması nəticəsində daha bir nəfər ölüb- VIDEO

Binədə qatarın avtobusla toqquşması nəticəsində daha bir nəfər ölüb- VIDEO
3 Oktyabr 2018
Mətni dəyiş

Daxili İşlər Nazirliyi oktyabrın 1-də Binə qəsəbəsində avtobusla qatarın toqquşması nəticəsində sürücü və 42 sərnişin xəstəxanaya yerləşdirildiyini bildirib.

Nazirliyin yaydığı məlumatda deyilir ki, 42 nəfərdən ikisi, Şakir Əliyev və Yusif Dadaşzadə xəstəxanada ölüblər.

Oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusu elektrovozla toqquşub.

Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

[embed]https://www.youtube.com/watch?v=MuPaoZv23kA[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun