Göyçay şəhərində yaşayan "Həftəinfo.az" saytının baş redaktoru Aqil Mahmudov bu gün azadlığa buraxılıb.
Abzas.net xəbər verir ki, bu barədə baş redaktorun özü məlumat yayıb. O, bildirib ki, 20 gün əvvəl Göyçay rayon polis əməkdaşları heç bir səbəb olmadan onu saxlayaraq məhkəməyə
"Göyçay rayon məhkəməsinin hakimi İbrahim Fəttahovun sədrliyi ilə keçən prosesdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1 maddəsi ilə 20 gün inzibati qaydada azadlıqdan mərhum edildim".
Aqil Mahmudov bildirib ki, bundan əvvəl də rəhbəri olduğu Hefteaz.info saytında hakimiyyət əleyhinə dərc edilmiş məlumatlara və Facebook sosial şəbəkəsində etdiyi paylaşımlara görə təqibə məruz qaldığını bildirib.