ABŞ-da sinaqoqda atışma olub, 8 nəfər ölüb

ABŞ-da sinaqoqda atışma olub, 8 nəfər ölüb
28 Oktyabr 2018
Mətni dəyiş

 ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində şənbə günü çoxlu insanın toplaşdığı sinaqoqlardan birində naməlum şəxs avtomat silahdan atəş açıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, silahlı insident nəticəsində üçü polis əməkdaşı olmaqla ən azı 8 nəfər həyatını itirib. Yaralıların sayı məlum deyil.

Yerli KDKA telekanalının məlumatına görə, polis silahlı insidentin baş verdiyini təsdiq edib. Hadisə yerinə gələn polis dəstələri atəşə tutulub və onlar maşınların arxasında gizlənməli olublar.

Mətbuat atəş açan şəxsin artıq saxlanıldığını yazır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun