Belçikada keçirilən bələdiyyə seçkilərində Türk əsilli 100-dən çox şəxs namizəd kimi seçkiyə qatılıblar. Həmin şəxslərdən 27 nəfəri Belçikanın yerli bələdiyyə məclislərinə üzv seçiliblər.
Əmir Kır isə yenidən Brüsselin Sent-Josse bələdiyyəsinin sədri seçilib.
Bu rayonda biri sədr olmaqla 8 türk bələdiyyə üzvü olmaq hüququ qazanıb. Sosialistlər Partiyasından namizəd olmuş Şevket Temiz isə Brüssel şəhər bələdiyyəsinə üzv seçilib.