Türkiyə hakimiyyəti İrana qarşı sanksiya rejiminin pozulması iş üzrə Türkiyə Halkbank-ın baş direktor müavini Mehmet Hakan Atillanın ittiham olunmasını qanunsuz hesab edir.
Turanın məlumatına görə, bu barədə Türkiyə XİN-in yanvarın 4-də yaydığı bəyanatda deyilir.
Yanvarın 3-də Nyu-Yorkda Andlılar Məhkəməsi Mehmet Hakan Atillanı İranın Amerika sanksiyalarından yan keçməsinə yardım göstərmək cəhdində təqsirli bilib. O, bu məqsədlə iş adamı Rza Zarrab-la sövdələşməyə girməkdə ittiham olunur.
İstintaq zamanı R.Zarrab bildirib ki, Türkiyənin hakimiyyət nümayəndələrinə rüşvət verib və prezident Receb Tayyib Erdogan sövdələşməni təqdir edib.
Əslən azərbaycanlı olan Rza Zarrab külli miqdarda pulun yuyulması, rüşvət vermək, qanunsuz qızıl alveri, Qərbin sanksiyasına zidd olaraq İranla ticarətdə ittiham olunaraq həbs edilib və ABŞ-a verilib.