Xızı sakini özünü bıçaqlayaraq intihara cəhd edib

Xızı sakini özünü bıçaqlayaraq intihara cəhd edib
19 Yanvar 2018
Mətni dəyiş

Xızı rayonunda yerli sakini özünü bıçaqlayaraq intihara cəhd edib.

Hadisə rayonun Yaşma Dəmir Yolu Stansiyası ərazisində baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Emil Mail oğlu Dadaşov yaşadığı ərazidə ürəyinə 1 bıçaq zərbəsi vurmaqla intihara cəhd edib.

Yaralı dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Əməliyyat olunan şəxsin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun