Venesiya: 4 steykə görə 1100 avroluq hesab şəhər merini hiddətləndirib

Venesiya: 4 steykə görə 1100 avroluq hesab şəhər merini hiddətləndirib
24 Yanvar 2018
Mətni dəyiş

İtaliyanın Venesiya şəhərindəki restoranda 4 steyk və bir qab qızardılmış balığa görə yaponiyalı turistlərə təqdim olunan 1100 avroluq hesab şəhər hakimiyyəti başçısını hiddətə gətirib.

Hadisə Müqəddəs Mark meydanında yerləşən restoranda baş verib.

Yaponiyalı tələbələrinə verilən hesabda yeməklərdən başqa adi su və xidmət haqqı olub.

Venesiya meri Luigi Brugnaro hadisəyə müvafiq şikayətdən sonra münasibət bildirib.

Bu arada tələbələrin 3 rəfiqəsi başqa restorana baş çəkib. Lakin orada da qiymət ucuz olmayıb. Yaponiyalı xanımlar dəniz məmulatları ilə pastaya 350 avro ödəyiblər.

"Biz nəyin baş verdiyini ətraflı araşdırıb, şikayətlərin nə dərəcədə haqlı olduğunu öyrənəcəyik", - Luigi Brugnaro tvitində bildirir.

"Əgər bu rüsvayçılıq doğrudan yer alıbsa, əlimizdən gələni edəcəyik ki, təqsirkarlar cəzalandırılsın, - rəsmi əlavə edib.

Biz həmişə ədalət tərəfindəyik!"

Yaponiyalı turistlərin şikayətini şəhər sakinlərinin "Gruppo 25 Aprile" təşkilatından Marco Gasparinetti dəstəkləyib.

Yerli mətbuat konkret adlar çəkməsə də, sahibi çinli olduğu restoranın misirli tərəfindən idarə olunduğu yazır.

Cənab Gasparinettinin sözlərinə görə Müqəddəs Mark meydanı ətrafında yerli sakinlərə məxsus restoranların sayı yalnız 11 faiz təşkil edir. Tarixi məhəllələrdə isə bu rəqəm 50 faiz ətrafındadır.

"Gruppo 25 Aprile" yaponiyalı turistlərin düşdüyü vəziyyətdən yayınmaq üçün öz məsləhətlərilə paylaşacağını bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun