Bu gün, yanvarın 1-də Şəki Penitensiar Kompleksində vəkil Elçin Sadıqov jurnalist Əfqan Muxtarlı ilə görüşüb.
Bu barədə vəkil Facebook səhifəsində yazıb:
«Nə qədər möhkəm görünməyə çalışsa da, içinin ağladığını hiss edirdim, xeyli dərdləşdik. Təəssüf əlimizdən səbir diləməkdən başqa heç nə gəlmir. Onun yaxın qohumlarının dəfn mərasiminə buraxılması barədə müraciətimizə, hələ cavab verilməyib».