Usubovun qardaşı oğlunun yerinə yeni təyinat

Usubovun qardaşı oğlunun yerinə yeni təyinat
12 Yanvar 2018
Mətni dəyiş

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinin rəisi Cövdət Məmmədov tutduğu vəzifədən azad edilib. 

Ramil Usubovun müvafiq əmri ilə Cövdət Məmmədov Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi vəzifəsinə təyin olunub.

24-cü polis bölməsinin rəisi olmuş nazirin qardaşı oğlu Hikmət Usubov ötən ilin sonlarında tutduğu vəzifədən azad edilərək Yasamal rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun