Yanvarın 19-u Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin (OHAL) uzadılmasına dair qərar verib.
Abzas.net xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat verib.
Məlumata görə, Türkiyə parlamenti fövqəladə vəziyyət rejimini daha 3 ay uzadıb.
2016-cı ilin 15 yul tarixində Türkiyədə baş vermiş hərbi çevrilişə cəhddən sonra ölkədə fövqəladə vəziyyət rejimi elan olunub. Bundan əvvəl fövqəladə vəziyyət rejimi 5 dəfə 3 ay müddətinə uzadılıb.