Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilən 18 general azadlığa buraxılıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, həmin generallar çevriliş planını hazırlamaqda, çevrilişə rəhbərlik etməkdə ittiham olunurdu. İttihama görə, bu generallar çevrilişdən sonra ölkəyə rəhbərlik edəcək şəxslər sırasında olacaqdı.
Lakin məhkəmə 18 generalın dövlət çevrilişinə cəhddə iştirakını təsdiqləyən yetərincə sübüt olmadığını bəyan edib və onların azadlığa buraxılması barədə qərar qəbul edib.
Azadlığa buraxılan generallar bunlardır: Erdal Öztürk, Veli Yıldırım, Şener Yazıçıoğlu, Ömer Mesut Ak, Ali Akyürker, Murat Yaygın, Celalettin Çoban, Ercan İnceoğlu, Abdulla Barutcu, Ersin Yıldırım, İsmet Gökhan Gülmez, Adnan Arslan, Salih Sevil, Osman Nadir, Ersal Ölmez, Mustafa İlter, Abdullah Baysar, Mesut Savaşın azadlığa buraxılması haqqında qərar qəbul edib.