Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın suriyalı kürdlərin (YPG) "başlarını qopartmaqla" hədələməsindən dərhal sonra Suriya ilə sərhədə hərbi texnika karvanı göndərib.
Bu barədə hərbi mənbəyə istinadən "Anadolu" yazıb.
Onların arasında 5 ədəd tank da var. Tanklar yük maşınları ilə daşınıb.
Mənbənin sözlərinə görə, ağır hərbi texnika sərhəd kontingentinin gücləndirilməsi məqsədi ilə göndərilib.