Türkiyənin rəsmi Anadolu agentliyi bildirir ki, Afrində mümkün hərbi əməliyyatdan əvvəl Suriya ilə sərhəddəki Türkiyə qoşunlarına təhlükəsizlik tədbirlərini "ən yüksək hazırlıq vəziyyətinə" gətirmək əmri verilib.
Suriya ilə həmsərhəd Türkiyənin Hatay bölgəsində olan BBC Ərəbcənin müxbiri Shahdi Alkashifin xəbərinə görə Türkiyə ordusu Suriya ilə sərhəddəki təhlükəsizlik hasarında 12 yeni keçid yaradıb.
Kürdlərin nəzarətindəki Afrin şəhərinin qərb sərhədlərində yerləşən hasar Türkiyə tərəfindən çəkilmişdi.