Türkiyə Silahlı Qüvvələri Afrində keçirilən əməliyyatda 113 hədəfin 108-i vurulduğunu açıqlayıb.
Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Məlumatda bildirilir ki, xəstəxanalara gətirilən bütün ölü və yaralılar terrorçu PKK-nin qolu PYD silahlılarıdır.
Türkiyə təkcə Suriyanın Afrinini yox, həmçinin Fərat çayından şərqə, İraq sərhədinədək əraziləri terrorçulardan təmizləmək niyyətindədir. Bu barədə Türkiyə prezidentinin köməkçisi İlnur Çevik deyib.
Türkiyənin sərhədboyu özünü müdafiə etmək hüququ var”. Bu, Almaniyanın Xarici İşlər Nazirliyinin Türkiyənin Afrindəki antiterror əməliyyatı ilə bağlı açıqlamasında vurğulanıb. Nazirlik başqa dövlətləri də Türkiyənin xəbərdarlığını nəzərə almağa çağırıb.
Rusiya Türkiyənin əməliyyat apardığı ərazidən hərbçilərini çıxardıb.
***
Türkiyə prezidenti RacebTayyib Erdogan Suriyanın Afrin regionunda hərbi əməliyyata başlandığını bildirib.
Azadlıq Radiosunun məlumartına görə o bunu, yanvarın 20-də hakim “Ədalət və İnkişaf” partiyasının üzvlərinə müraciətində deyib.
Amma Erdogan Türkiyə ordusunun Suriya sərhədini keçib-keçməməsi barədə dəqiq məlumat verməyib.
Qeyd edək ki Türkiyə ordusu bundan bir az əvvəl Afrindəki kürd birləşmələrinin mövqelərini intensiv artileriya atəşinə tutub.
Məlumata görə yaraqlılar bundan öncə Türkiyə ərazisini atəş tutublarmış.
Türkiyə bu bölgədəki PYD (Suriya kürdlərinin Demokratik İttifaq partiyası” və YPG (Kürd Xalq Mühafizə Birliyi) kürd qruplaşmalarını terrorçu PKK təşkilaqtı ilə əlbir olmaqda günahlandırır.
Türkiyənin müdafiə naziri Nurettin Canikli də yanvarın 19-da ölkəsinin Suriyanın Afrin rayonunda ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərə qarşı hərbi əmıəliyyata balşadığını demişdi.
Türkiyə dəfələrlə bəyan edib ki, Suriya ərazisinə hərbi müdaxilədə məqsəd sərhəd bölkəsini terrorçu qüvvələrdən təmizləməkdir.