Türkiyə Silahlı Qüvvələri (TSK) Suriyanın Afrin bölgəsində yerləşən PKK-nın YPG və PYD qollarının mövqelərini artilleriya atəşinə tutub.
Azbas.net xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
TSK-nın bu artilleriya zərbələri nəticəsində 30 YPG üzvü ölüb.
Bir neçə gün öncə, Azad Suriya Ordusu da Afrində keçiriləcək əməliyyatda Türkiyə yardım edəcəyini və 20 min döyüşçünün hazır vəziyyətdə olduğunu bəyan edib.
Kanadada ABŞ dövlət katibi Rex Tillerson-la görüşən Türkiyə XİN rəhbəri Mevlüt Çavuşoğlu, ABŞ-ın YPG və PYD terrorçularından ibarət 30 minlik “sərhəd təhlükəsizliyi” ordusu yaratmasına etiraz etdiklərini söyləyib.