ABŞ prezidenti Donald Trump Avropa İttifaqı ilə bir çox məsələlərdə problemin olduğunu bəyan edib.
"Daily Mail" qəzetinin verdiyi məlumata görə, D. Tramp bu problemin əsasən ticarətlə bağlı olduğunu bildirib.
D. Tramp deyib ki, Brüssel ticarət məsələsində Vaşinqtona qarşı ədalətsizlik edir: "ABŞ mallarının Avropa İttifaqı bazarına daxil olması çox mürəkkəb prosedurlardan keçir. Ancaq Avropa İttifaqı öz mallarını vergisiz, çox kiçik vergi müqabilində ABŞ-a göndərir. Bu, ədalətsizlikdir".