ABŞ-ın Arizonadan olan və növbəti seçkilərdə iştirak etməyəcək iki respublikaçı senatoru Donald Trampı prezidentliyi haqda tənqidi yazılarla əlaqədar mediaya qarşı hücumlarına görə kəskin tənqid edib.
Senator Con Makkeyn The Washington Post-da yazdığı məqalədə, Ceff Fleyk isə Senatda etdiyi çıxışında bildiriblər ki, Donald Trampın sözləri xarici ölkələrin liderləri tərəfindən demokratiyanın əsas sütunlarından biri olan medianın susdurulması üçün istifadə edilir.
“Bu, bizim demokratiyamızın vəziyyətini göstərir ki, bizim öz prezidentimiz İosif Stalinin düşmənlərini təsvir etdiyi sözlərdən istifadə edir. Qeyd etmək lazımdır ki, `xalqın düşmənləri` o qədər mənfi bir ifadədir ki, Stalinin xələfi Nikita Xruşşov ondan istifadə etdilməsini qadağan etmişdi. Xruşşov Sovet Kommunist Partiyasına bildirmişdi ki, bu ifadə Stalin tərəfindən "ali liderlə razı olmayan" şəxsləri məhv etmək məqsədi ilə gətirilmişdi." - deyə, senator Ceff Fleyk bildirib.
Siyasi təhlilçi Bill Şneyderin sözlərinə görə, eyni narahatlıqları bölüşən başqa senatorlar da var.
“Bir çox digər həmkarlar da, xüsusilə də Respublikaçı həmkarlar eyni düşüncələri bölüşürlər. Lakin, onlar eyni reaksiyanı verə bilməzlər, çünki, onlar yenidən seçkilərə qatılacaqlar. Buna görə də onlar öz partiyasının prezidentini tənqid etmək istəmirlər. Bu prezident medianı qanuni institut olaraq görmür. O razılaşmadığı, onun qərarlarını dəstəkləyən hər şeyə saxta xəbər deyir.”- deyə, Bill Şneyder bildirib.
Tramp administirasiyası çərşənbə günü “ilin ən ləyaqətsiz və ən korrupsiyalaşmış mediası mükafatlarını” elan edəcəyini açıqlayıb. Bəzi jurnalistlərin bu mükafatın onların obyektivlik və müstəqilliyini nümayiş etdirəcəyi üçün şərəf nişanı kimi sinələrindən asacaqlarını deyiblər.